понедельник, 5 января 2009 г.

Merchandaising & physical evidence

Bu mövzu məni bu aralar çox maraqlandırıb. Bilmirəm əlimə keçən kitab mənə belə təsir etdimi?, forumdakı müzakirəmi? yoxsa sadəcə dükanlarda (supermarketlərdə) qarşılaşdığım merch çatışmamazlığı mənə belə təsir etdi...nə isə...

Supermarketlərdən bazarlıq etməyi sevirəm, cibdə pul olanda daha enjoyable olur, amma nə edək az olduqda da markalarla tanış oluruq :D

Nə isə keçək bizim marketlərə...Ayın 30-u getdik "Neptun" supermarketinə, təbii ki, ondan qabaq da digər dükanlardan bazarlıqlar etmişdik. Əlmizdə hədiyyələrlə falan girdik dükana. Təbii ki, bizi belə paketlərlə içəri daxil olmağa qoymayacaqdılar. Orada olan rəfə qoymaq istədim, baxıram rəflərin nəinki açarı, qapısı bilə yoxdu. Bağışlayın məni, dükan da az qala indi partlayacaq-satıcı qarışıb alıcıya, alıcı da satıcıya. Kim nə etdi, nə götürdü kimsənin xəbəri yox, sözüm ondadır ki, əlimdəkiləri ora qoydum məcburən, amma ürəyimin bir parçası qaldı onların yanında. (istər- istəməz bazarlıq etmişdik :( )

Burada bir dənə "minus".

Getdik içəri ..... Və bu andan başladım tələsməyə (tez al, götür, çıxaq :)). Ala-yarımçıq nə yadımıza düşdü aldıq. Təbii ki, səliqəsiz-pərakəndə düzülüş sayəsində - eyni malın fərqli markaları həm dükanın ortasında həm də sonunda qoyulmuşdu.

Burada da 2-ci "-"

Tələsik belə olsa da yaxınlaşdıq kassaya, bashabas burda başlandı. 2 kassa işləyirdi, camaat isə yığılır-yığılır, sıra dükanın ortasına kimi uzanırdı. Birtəhər çıxdıq :)
belə baxanda ümumi 4 minus. Rus demişkən "тяжолый случай" :)

Hələ bir keçən dəfə geyimli-keçimli, özünü ağır göstərən administrator yanımda işçinin üstünə necə qışqırdısa, mən qorxdum :)

Supermarketlərdə qıraqdan insanların davranışlarını, nə istədiklərini, nə edəcəklərini izləməkdən maraqlı nə ola bilər? Bizdə isə bununla əlaqədar hər hansı bir işlər görülür mü? Elə hey, deyirik ki, Azərbaycanda merchandaising inkişafdadı və s. Mən bu "inkişafın" tumurcuqlarını belə görmürəm qalsın meyvəsini....

Adicə gəlin supermarketlərin qarşısında park etmək üçün olan yerlərə baxaq. Elə supermarketlər var ki, bura heç mövcud da olmur, elə yerlər də olur ki, park etmək üçün giriş - normal, çıxış isə yola əks keçid şəklində olur. Bunu isə yalnız bizdə, özü də Nəqliyyat Nazirliyi ilə üzbəüz supermarketin qarşısında görmək olar... :D

Xaricdə supermarketlərin içində kafe kimi kiçik istirahət üçün yerlər olur və bir az bazarlıq etdikdən sonra zənbili, arabanı doldurduqdan sonra kiçik fasilə üçün orada əyləşib yaxşıca düşünmək olar - "Daha nə almalı idim? hmmm???" və s. Bu həm qazancdır kafe nöqteyi nəzərindən, həm də insanlar yorğunluqlarını aldıqdan sonra "второе дыхание" açılandan sonra yenidən bazarlığa gedirlər....

Daha sonra, supermarketlər çox böyük olduğundan nəyin harada yerləşdiyini bilmək çətinləşir, xüsusilə vaxt az olanda... Tələsik şəkildə bazarlığın effekti az olacaq. Ona görə belə bunları düşünüb maximum dərəcədə müştərinin öz vaxtını daha səmərəli istifadə etməsi üçün rahatlıqlar yaratmaq lazımdır. Belə hal üçün Paco Underhill məsləhət görür ki, yerlərdə işıqlı işarələr (göstəricilər) olsun. Bu cür hal, müştərinin diqqətini daha tez çəkə bilər, nəinki göydən asılmış yazılı lövhələr.


nə isə hələlik bu qədər, amma ardı olacaq...... inşallah....
p.s. dediyim kitabı da hələ tamamlamamışam :)