суббота, 21 февраля 2009 г.

Sadəlik gözəllikdi-əla ifadədir...


Təxminən 1 ay öncə "xxx" qəzetində çıxmış 1 məqalə ilə tanış etdi, atam. Maraqlı gəldi mənə....
Məqalənin adı " Adil monarx istər könül " idi. İstərdim o məqaləni burda yazım sizdə baxasınız. Mən başladım....
Mövzu İsveç kralı əlahəzrət 16-cı Karl Qustavın istəklərindəndir.

Bu yaxınlarda cənab Karl Qustavın arvadı Silviyanın 65 yaşının tamam olması münasibətilə qonaqlıq təşkil etmək istəyib, amma Silviya xanım deyib, ehtiyac yoxdur, Karl, elə özümüz olsaq, bəsdir.

Bax belə. O da sadə qadındır. Hələ bu harasıdır ki. İsveçin yol polisləri o boyda kralı zəlil ediblər, hər gün səhərdən səhər gəlib dayanırlar kralın iqamətgahının həndəvəridə, bilirlər ki, kral iştahlı sürücüdür, yola çıxan kimi sürəti artıracaq. Elə ki, cənab Qustav yola düzəlir və qaza basır, yol polisləri onu haqlayıb deyirlər: "əlahəzrət sürəti artırmısan, cərimə verməlisən". Sonra bu işdən televizyonçular, qəzetçilər xəbər tuturlar və kralı yuyub sərirlər.
İki il əvvəl isə mətbuat təzyiq edərək kralın boynuna qoyub ki, özünə varis olaraq oğlu Çarlz-Filipi yox, qızı Viktoriyanı seçsin. O da məcbur qalıb elə edib. Viktoriya isə bir idman müəllimi ilə evlənməyi qərar alıb. Kral və kralıça isə razılaşmağa vadar olublar.
Xülasə, həmən bu İsveç kralı belə sadə kişidir, velosiped sürür, cangüdənsiz gəzir, heç nəzərə də almır ki, vaxtilə İsveçin baş naziri Ulof Palmeni cangüdənsiz gəzərkən güllələyiblər...

bu da krallıq...