пятница, 12 декабря 2008 г.

Stress management



İş üçün can yandırırsınız, yoxsa, müdiriyyət sizin canınızı yandırır :)

Tez-tez belə hallara rast gəlinir, işçi özünü işdə həbsxanadakı kimi hiss edir.
Motivasiya yox, o olmaz, bu olmaz, hələ bir uşaq kimi danlanma və s. Belə bir şəraitdə “inkişaf” edəcək şirkətin hansı uğurundan danışmaq olar.?! :( Belə idarəçilik üsulu ilə idarə olunan şirkətə can yandırarsınız? - məncə də yox.

Belə hallar nəticəsində işçi bütün potensialını nümayiş etdirə bilmir, görə bildiyi işi dayaq altında, keyfiyyətsiz görür və ya prinsip xətrinə, nifrət hissi ilə şirkətə ziyana işləyir. Belə baxanda qərblə bizim iş yerlərindəki press nə ilə fərqlənir?!.
İnkişaf etmiş ölkələrdə şirkətlərdə işçilər adətən yaranan iş çoxluğundan şikayət edə bilərlər, yəni belə iş şəraiti onları qane etmir və onlar stress, depressiya halları keçirirlər. Bizdə isə stress və depressiya nədən yarana bilər, desəm ki, iş çoxluğundan yox, biz artıq buna alışmışıq ( bu variant yalnız sonda gedə bilər), desəm ki, iş maraqlı gəlmir və işçilər işdən positive energy ala bilmirlər, bu da yox, çünki indi əksər insan seçim etmirlər təki iş olsun deyib fəaliyyət göstəririlər. Desəm ki, maaş azlığı, yox bu da sonlarda gedir... İşdən yalnız, press olunma, izlənmə və rahat qabiliyyətivi göstərə bilməmə səbəbindən çıxa bilərlər məncə. Yəni demək olar ki, bizdə seçım olmur. “nə edək, dözümlü xalqıx” :(

Bunlardan əlavə inkişaf etmiş ölkələrdə, insanlar - iş adamları, problemsiz istədikləri zaman, daimi iş yerlərindən çıxıb flexible time iş sisteminə keçə bilərlər. Working at home belə stress hallarından qaçmaq üçün onlara şərait yaradır. Yəni istədiyin vaxtı ailənlə keçirirsən, uşaqları dərsə aparıb onlarla məşğul olursan və s. Yalnız bizdə belə işlər nadir halda tapıntı olar yəqin. Olsa da bununla ailəni dolandıra bilməzsən. Və getdikcə də ailə qayğıları ilə məşğul olan olmur.
Belə bir ifadə əvvəllər çox işlənərdi. “İş problemlərini işdə qoy gəl, ev problemlərini isə evdəⅦ” Artıq bu ifadə də yad olmağa başlayır.
Nəsə, bu bir az praktiki hissə idi, keçim nəzəri hissəyə....:)

İnkişaf etmiş ölkələrin şirkələrində işçilər çox işləməkdən stress altına düşür və çarəni downshifting etməkdə görürlər və edirlər. Böyük Britaniyada işləyən əhalinin 10 % bu addımı atmağa məcbur olur. Bu işdən çıxmaq deyil, amma işini özünə uyğunlaşdırmaq üçün və eyni zamanda necə deyərlər time out götürmək kimi sayılır. (bunları bəzi qaynaqlardan əldə etmişəm)

Psixoloqlar bunu, gəlirin bir hissəsini vaxta sərf etmək kimi göstərirlər. Hansı ki, insanın özünü və uğur əldə etmək üsullarını məyyən etməyə imkan verir. :)

Amma ən yaxşısı researcherimizin dediyi kimi retail therapy’di.:)

İşim çox şükürlər olsun yuxarıda danışdığım kateqoriyaya aid deyil, amma yenə də aradabir digər səbəblərdən pozulan keyfinizin açılması üçün siz də işdə stolunuzun üstünə “funny frog” yazılı oyuncaqvari, rəngli qələmlər qoyun, mənim kimi : D

Hamıya təşəkkürlər və uğurlar........