понедельник, 6 апреля 2009 г.

"Görmək", "Eşitmək", "Bilmək" istəyirəm


Ənənəyə sadiq qalaraq krizisdən danışmaq istərdim. Bilirəm canınız sıxılıb. Mənim də...Və getdikcə daha da sıxılır :) Smaylik?! Artıq əsəbi gülüşdür bu. İşlər azalıb?- hmm...yox, bu deyil. İş çoxalıb? - yox. Bəs nə? - İş gərginləşib. Ola bilər. Niyə, bunu da bilmirəm.
İsveçə yaşamağa köçən bir tanışımla danışmışdım. Deyir, bizdə vəziyyət qəlizdi. İş-filan tamam durub. Çox güman ki, Azərbaycana dönəcəm işləməyə. Çünki burada işsizlik nəticəsində oğurluq özbaşınalıq artır günü gündən.
Bizi də bu gözləyirmi? Yox narahat olmayın, çünki biz bunu heç düşünmürük də. Hətta sabah gərginlik yaransa da deyərik ki, havadandır yəqin, sabah keçər :)

O gün bizə WPP- nin növbəti "şəxsi" buraxdığı "The wire" qəzetinin növbəti buraxılışını gətirdilər. Demək, hansı səhifəni açırsan aç, hər şey ümumdünya maliyyə böhranı barədədir. İndi deyəcəm nələr, siz də baxın bunu yazmaq yaxşıdır yoxsa həqiqətən də bizdə düşünüldüyü, bizdə qəbul edildiyi kimi qorxuludur? Demək məqalələr:

1) What the recession means for the Chief Marketing Officer

2) Recession update

3) Why we must all do more to embrace digital

4) Downturn will open door's for new sponsors

5) Recession takes its toll

6) A middle - class crisis

7) Recession specialists

8) WPP's last statement about downturn ve s....

Nəyinsə qarşısını almaq üçün maarifləndirmə olmalıdır, çarə yolları bilinməlidir, deyilməlidir, panik etməməyə çağırılmalıdır... Bu sakitlik isə əksinə insanı qorxudur, productivity də itir.

Yaxşı bir ifadə oxumuşdum - Marketing becomes more difficult but not impossible..."Təhlükəyə" arxa çevirmək lazım deyil, gözünün içinə baxmaq lazımdır. Orda hər dərdin dərmanı var...


p.s. Maraqlıdır, yazını Akif İslmazadənin "Alagözlümünə" qulaq asaraq yazdım :)