пятница, 9 января 2009 г.

Effectual smile :)










Reklamda, logolarda, sloganlarda smaylikər və müxtəlif multyashkalar görmə həvəskarıyam, düzünü desəm :) Məncə bu reklama diqqət çəkməyin ən yaxşı üsullarından biridir. Ən azından gün ərzində o qədər stress olur ki, yolda evə qayıdarkən avtobusların üzərində, billboardlarda (görməmişəm, deyə bilmərəm) uzun sözün qısası müxtəlif outdoor reklamlarında adı "gülüşə" bənzər işarələr, gülməli ifadələr, personajlar adamın könlünə oxşayır.

M.R. researcherlə brainstorming etdikdən sonra logolarında, sloganlarında smaylikdən istifadə edən brandlari, kampaniyaları (paket) aşkarladıq. Danone, World telecom, optimist paketində smile logoda, Qarant sığorta, Vesteldə isə daha çox outdoor reklamlarında istifadə edildiyini görmüşəm.
Əlavə olaraq onu da deyim ki, multashkaların istifadəsi də pis nəticə verməz, misal üçün Simpsonların ən gülməli üzvlərindən birindən - Gamerdən istifadə etmək olardı. O brandin daimi müştərisi olardım, elə olsa idi :)
Bundan əlavə bir çox supermarketlərdə müəyyən personajlardan istifadə edilməsi də uğurludu, yazıya fikir verməsən də personaj insanı cəlb edir.

Gülüşlə branda qarşə bağlılıq yaratmaq effektli addımlardan biridir...

p.s. yeri gəlmişkən deyim, bu gün, 1990-cı ildə "the Simpsons" filminin ilk seriyası çəkilib :)