понедельник, 26 января 2009 г.

mənə maraqlı gəldi, sizə də maraqlı gəlsin....:) fərqlənmə ehtiyacı=fashion.....

Dəbin sosioloji və ekonomik əsasları

«Trickle down» («aşağı axma») teoriyası


«Aşağı axma» teoriyasının əsasları Georg Simmel adlı alman sosioloqu və filiosofu tərəfindən qoyulub. Öz «Fashion» adlı işində (1904 il.) cəmiyyətin yüksək və orta təbəqəsinin geyimdə bənzətməni öz baxışları əsasında formalaşdırıb. Simmele görə dəbdə dəyişikliklərin yaranmasının əsasında aşağı təbəqənin yuxarı təbəqəyə məxsus geyiminin yamsılaması ilə əlaqədardır. Bununla əlaqədar yuxarı təbəqə geyiminin aşağı təbəqə tərəfindən yamsılandığını biləndə (o zaman orta təbəqə hələ aydın formalaşmamışdı), onda sıravi əhali ilə sosial distansiya saxlama ehtiyacı yaranır. Yüksək təbəqə dəbdə yeni tendensiyalar yaradır. Lakin bu tendensiyalar yenidən aşağı təbəqə tərəfindən təkrarlanır və bu proses daim təkrarlanır. Nəticədə geyim dəbində proses yuxarıdan aşağıya doğru dəyişir, ən yksək sosial təbəqədən daha aşağı əbəqəyə kimi və bu da son olaraq ən aşağı təbəqələrə kimi yayılmasına kimi davam edir.

«Əyani istifadə» teoriyası


Bu teoriyani daha doğrusu dəb konseptini amerikan iqtisadçısı və sosioloqu Torstein Veblen hazırlayıb. O bunu 1899-cu ildə tətbiq etdi. Veblenə görə rifahın yaxşılaşması və artması varlılıq simvolizə edən əşyaların göstərişinə (həmçinin geyimə) ehtiyac yaradır. Bu gün, Qərbdə orta təbəqənin yuxarısı ilə aşağı təbəqənin yuxarısı arasında sərhəd yox olduğu halda, verilmiş müddəa çox aktualdı. Çünki məhz bu ehtiyac dəb dünyasında merchandaisingin inkişafına səbəb olur. Dəbdədəyişikliklər 3 səbəbdən baş verir:
ekonomik olmayan, ibtidai bir motivə əsasən - insanın özünü bəzəmək istəyi;
«maddı vəziyyətin göstərilməsi» üsulu ilə hörmət əldə etmə istəyi;
Bu gün, XXI əsrin əvvəllərində qadınlar işi özünün azad olma faktoruna görə istəyir, həmçinin feminizmin inkişafına görə. Üçüncü səbəb əsasən Qərbdə öz aktuallığını itirir.

«Trickle across» («üfüqi axın») teoriyası və ya kütləvi bazar teoriyası

1963 ildə amerikan marketoloqu Charles W. King cəmiyyətdə yeni tendensiyaların yayılması üçün yeni traktovka təklif etdi - yeni «trickle across» teoriyasını. Kinqin araşdırmaları göstərdi ki, dəbin yayılması eyniköklü təbəqələr arasında yayılır, nəinki horizintal olaraq yuxarı və aşağı təbəqələr arasında. Belə fashion-tendensiyaların horizontal yayılmasını Kinq:
Birinci, hər fashion- fəsli ərzində dəb sənayesinin oyunçularının marketing strategiyaları yeni sinxron adaptasiyanı bütün təbəqələr arasında yayılmasına çalışırlar. Yeni stil, siluet, parça, rəng, geyimin dəyişilmişdetalları da daxil olmaqla informasiyanın köməkliyinə əsasən bütün istifadəçilərin əldə etməsinə mümkün oldu.
İkinci, istifadəçilər hər gün yeniləşən şəxsi ehtiyac və zövqlərin geniş sahəsinin mövcud olan yeni stilin seçimində azad olmağa başlayıblar. Fashion-məhsullar qiymətinə, parça, material keyfiyyətinə görə, hazırlanmasına görə müəyyənləşir.
Üçüncüsü, hər bir sosial təbəqənin fashion-sənayenin yeni tendensiyalarını yaradan və yayan öz dəb novatorları və fikir liderləri var.

«Yuxarı axma» teoriyası

1970-ci ildə Corc Fild (George Field) «Dəyişkən satusun fenomeni — yuxarı yönəldilmiş innovasiyanın diffuziyası» adlı işini nəşr etdi. Burada o submədəniyyətin dəbə təsirini analiz ediridi. Fildin fikrinə görə submədəniyyətlər cəmiyyətdə yeni dəb gətirməyə qadirdirlər. Və bunlar qrup identifikasiyası funksiyasını yerinə yetirir və cəmiyyətin digər seqmentləri tərəfindən öyrənilir. Bu prosesi Fild, dəyişkən statusun fenomeni adlandırıb(status float phenomenon). O fikir verdi ki, dəb sahəsində yalnız «klassik» dəbin modelyerləri liderlik etmir, həttta qruplar, ən əşağı təbəqədən formal olmayan qruplar. Əsas onların 3 kriteriyaya cavab verməsidir:
Cəmiyyətin gözə görünən və ıxtisaslı seqmentidir;
Yeni stil «kəşf etmək» qabiliyyətinə malikdir , Həm də bu yeni stil eyni zamanda bu təbəqəyə məxsus olduğuna bir işarə olmalıdır;
Əsaslı olaraq fashion-sənaye tərəfindən xidmət göstərlmir.
Fashion-sənayesi bu qrupdan yeni stilləri götürərək, kütləvi şəkildə istehsal edərək bütün cəmiyyət üçün available edir. Həmin bu yolla fashion-sənaye hippi, pank, qrandj, military, etnik motivli stilləri götürdü. Con Fildin teoriyası analoquna görə bir öncəki teoriyaları ilə ədəbiyyatda «aşağıdan yuxarıya» və ya «yuxarı axma» (trickle up) adlandırılır.

ardı var.....amma bu yaxınlarda yox.... :D