вторник, 30 декабря 2008 г.

Bayramlarınız mübarək



Salam hamıya.
Dünəndən böyük həvəslə hədiyyələrimi hazırlamışdım ki, bu gün bacımgilə gedecəm balacaya və digərlərinə hədiyyə aparacam. Dəhşətli qar yağdı, belə havada heç maşınla da getmək olmayacaq diyəsən :( Amma biz özümüzü birtəhər çatdırarəıq inşallah. :D Hələ
bir adamın fotoaparatı məndədi səhər tezdən mənə zəng edib hədələyir ki, gətir. offff.... :DDDD xi..xi...
"Problərimlə" sizi yormayım....:)


Xülasə, mən hamınızı təbrik etmək istəyirdim sadəcə, blogumu açan hər kəsi yeni il və həmrəylik günü münasibətilə təbrik edirəm. Allah yeni ildə sizə çoxlu ruzı-bərəkət nəsib etsin. Yeni iliniz daha uğurlu olsun....


p.s. Şəkildəki tortu özüm düzəltdim.....:D

суббота, 20 декабря 2008 г.

Özümü çox pis hiss edirəm :'(


hələ də.....
ilham pərim uçub getmişdi, artıq blogumu da çox gec-gec yoxlamağa başlamışdım. "Qonşularımın podyezdlərinə" baş çəkməyə imkan yox, daha dəqiq hal yox idi. Forumda da görsənməz oldum, hələ belə halla rastlaşmamışdım ki, foruma gün ərzində daxil olmayım :( , bu gün işə də gedə bilmədim, hərçənd ki, ilin axırı olduğu üçün işlərimiz çoxalıb və hamısını yerbəyer etmək lazımdı. Mən isə geri düşdüm.


Bir az özüm barədə kiçik 1 şey danışım - Atamın istəyi ilə həyət evinə köçmüşük, artıq 4 il olar, bəli...bəli....Yəni isti yuvadan gəlmişik həyət evinə, naşükürlük etmək istəmirəm, belə olmalıymış, xeyirlisi bu imiş deyim :) Amma gəl ki, burada onsuz da Azərbaycanda mövcud olmayan qanun qaydadan əsər əlamət belə köklü yoxdu. İşıq pulu yığan, qaz pulu yığan, su pulu yığan ay bitməmiş gələrək pullarını alıb gedirlər.
Bizim isə 3-4 gündü qazımız yoxdu, işıq da ki arada olur sönür, əslində olmasa ondan yaxşı olardı. Mən filmlərdə görmüşəm, həbsxanada adamı saxlayırlar və əzab vermək üçün zəif işıq qoyurlar ki, insanın əsəblərindən heç bir şey qalmasın, bizimki buna bənzəyir :) nə isə belə istilik çatışmamazlığı nəticəsində adamın başına nə istəsən gələr, mənim başıma gəldiyi kimi.
Gəlin indi baxaq hansı səbəblərdən, bu qarlı havalar başlayan kimi buna əl atıblar. Deyilənə görə, "kimlərsə" qaz, işıq pulu vermədiyi üçün belə ediblər. Bu nə ədalətsizlik?, bu nə haqsızlıq, insafsızlıqdı? Kimsə ödəmədiyi üçün mən niyə soyuqda qalmalıyam?:(
Üstəlik sonra şayələr yayıldı ki, Azərsuya, elekrik pulu ödənmədiyi üçün - fiziki şəxslər pul ödəmədiyi üçün belə ediblər...
Vətəndaşı belə önəmsəməməyə, mənim heç bir sözüm yoxdu...

Yadımdadır ki, Qafqaz universitetində müəllimlərdən narazılığımız olanda(təbii ki, haqlı narazılığımız və eyni zamanda onu da qeyd edim ki, bu müəllimlər digər unilərdən bizə göndərilmiş müəllimlər idi, təbii ki, Qafqazın öz müəllimlərindən heç zaman narazılığımız olmazdı) danışmanımıza söylərdik, 2-3 gün ərzində həmin müəllimə qarşı tədbirlər görülərdi, yəni demokratiya budur - fikirlərin dinlənməsi, mən isə bilmirəm hara, kimə və necə deyim ki, niyə qazımız yoxdu...
nə isə... xəstələndikdən sonra qazımız gəldi...:(
Ümid edirəm belə reallıqlar kiminsə keyfini pozmadı və mənim bu günkü mənfi auram sizə mane olmadı :D

Özünüzü qoruyun.......

пятница, 12 декабря 2008 г.

Stress management



İş üçün can yandırırsınız, yoxsa, müdiriyyət sizin canınızı yandırır :)

Tez-tez belə hallara rast gəlinir, işçi özünü işdə həbsxanadakı kimi hiss edir.
Motivasiya yox, o olmaz, bu olmaz, hələ bir uşaq kimi danlanma və s. Belə bir şəraitdə “inkişaf” edəcək şirkətin hansı uğurundan danışmaq olar.?! :( Belə idarəçilik üsulu ilə idarə olunan şirkətə can yandırarsınız? - məncə də yox.

Belə hallar nəticəsində işçi bütün potensialını nümayiş etdirə bilmir, görə bildiyi işi dayaq altında, keyfiyyətsiz görür və ya prinsip xətrinə, nifrət hissi ilə şirkətə ziyana işləyir. Belə baxanda qərblə bizim iş yerlərindəki press nə ilə fərqlənir?!.
İnkişaf etmiş ölkələrdə şirkətlərdə işçilər adətən yaranan iş çoxluğundan şikayət edə bilərlər, yəni belə iş şəraiti onları qane etmir və onlar stress, depressiya halları keçirirlər. Bizdə isə stress və depressiya nədən yarana bilər, desəm ki, iş çoxluğundan yox, biz artıq buna alışmışıq ( bu variant yalnız sonda gedə bilər), desəm ki, iş maraqlı gəlmir və işçilər işdən positive energy ala bilmirlər, bu da yox, çünki indi əksər insan seçim etmirlər təki iş olsun deyib fəaliyyət göstəririlər. Desəm ki, maaş azlığı, yox bu da sonlarda gedir... İşdən yalnız, press olunma, izlənmə və rahat qabiliyyətivi göstərə bilməmə səbəbindən çıxa bilərlər məncə. Yəni demək olar ki, bizdə seçım olmur. “nə edək, dözümlü xalqıx” :(

Bunlardan əlavə inkişaf etmiş ölkələrdə, insanlar - iş adamları, problemsiz istədikləri zaman, daimi iş yerlərindən çıxıb flexible time iş sisteminə keçə bilərlər. Working at home belə stress hallarından qaçmaq üçün onlara şərait yaradır. Yəni istədiyin vaxtı ailənlə keçirirsən, uşaqları dərsə aparıb onlarla məşğul olursan və s. Yalnız bizdə belə işlər nadir halda tapıntı olar yəqin. Olsa da bununla ailəni dolandıra bilməzsən. Və getdikcə də ailə qayğıları ilə məşğul olan olmur.
Belə bir ifadə əvvəllər çox işlənərdi. “İş problemlərini işdə qoy gəl, ev problemlərini isə evdəⅦ” Artıq bu ifadə də yad olmağa başlayır.
Nəsə, bu bir az praktiki hissə idi, keçim nəzəri hissəyə....:)

İnkişaf etmiş ölkələrin şirkələrində işçilər çox işləməkdən stress altına düşür və çarəni downshifting etməkdə görürlər və edirlər. Böyük Britaniyada işləyən əhalinin 10 % bu addımı atmağa məcbur olur. Bu işdən çıxmaq deyil, amma işini özünə uyğunlaşdırmaq üçün və eyni zamanda necə deyərlər time out götürmək kimi sayılır. (bunları bəzi qaynaqlardan əldə etmişəm)

Psixoloqlar bunu, gəlirin bir hissəsini vaxta sərf etmək kimi göstərirlər. Hansı ki, insanın özünü və uğur əldə etmək üsullarını məyyən etməyə imkan verir. :)

Amma ən yaxşısı researcherimizin dediyi kimi retail therapy’di.:)

İşim çox şükürlər olsun yuxarıda danışdığım kateqoriyaya aid deyil, amma yenə də aradabir digər səbəblərdən pozulan keyfinizin açılması üçün siz də işdə stolunuzun üstünə “funny frog” yazılı oyuncaqvari, rəngli qələmlər qoyun, mənim kimi : D

Hamıya təşəkkürlər və uğurlar........

понедельник, 8 декабря 2008 г.

"podyezdim" haqda :)

Salam hər kəsə. Səhifəmi açıb oxuduğunuz üçün hamınıza öncədən təşəkkür edirəm.
Beləliklə mən də şəxsi “blogumu” yaratdım :)
Blogumun yaradılışı xoş təsadüflər (əslində təsadüf yox, tavafuk) nəticəsində Qurban bayramı, anamın ad günü, məclisi mak.az’ın 4-cü görüşü və bir azca tez olsa da yeni il ərəfəsinə düşdü. Növbəti günlərdə yeni mövzu yazmaq fikrindəyəm. Çalışacam ki, mövzuların əksəriyyəti marketing sahəsi istiqamətində olsun. Ümumi mövzulara da toxunacam. Blogum haqda fikirlərinizi eşitmək xoş olardı....:)
Hamınızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm....