пятница, 12 декабря 2008 г.

Stress management



İş üçün can yandırırsınız, yoxsa, müdiriyyət sizin canınızı yandırır :)

Tez-tez belə hallara rast gəlinir, işçi özünü işdə həbsxanadakı kimi hiss edir.
Motivasiya yox, o olmaz, bu olmaz, hələ bir uşaq kimi danlanma və s. Belə bir şəraitdə “inkişaf” edəcək şirkətin hansı uğurundan danışmaq olar.?! :( Belə idarəçilik üsulu ilə idarə olunan şirkətə can yandırarsınız? - məncə də yox.

Belə hallar nəticəsində işçi bütün potensialını nümayiş etdirə bilmir, görə bildiyi işi dayaq altında, keyfiyyətsiz görür və ya prinsip xətrinə, nifrət hissi ilə şirkətə ziyana işləyir. Belə baxanda qərblə bizim iş yerlərindəki press nə ilə fərqlənir?!.
İnkişaf etmiş ölkələrdə şirkətlərdə işçilər adətən yaranan iş çoxluğundan şikayət edə bilərlər, yəni belə iş şəraiti onları qane etmir və onlar stress, depressiya halları keçirirlər. Bizdə isə stress və depressiya nədən yarana bilər, desəm ki, iş çoxluğundan yox, biz artıq buna alışmışıq ( bu variant yalnız sonda gedə bilər), desəm ki, iş maraqlı gəlmir və işçilər işdən positive energy ala bilmirlər, bu da yox, çünki indi əksər insan seçim etmirlər təki iş olsun deyib fəaliyyət göstəririlər. Desəm ki, maaş azlığı, yox bu da sonlarda gedir... İşdən yalnız, press olunma, izlənmə və rahat qabiliyyətivi göstərə bilməmə səbəbindən çıxa bilərlər məncə. Yəni demək olar ki, bizdə seçım olmur. “nə edək, dözümlü xalqıx” :(

Bunlardan əlavə inkişaf etmiş ölkələrdə, insanlar - iş adamları, problemsiz istədikləri zaman, daimi iş yerlərindən çıxıb flexible time iş sisteminə keçə bilərlər. Working at home belə stress hallarından qaçmaq üçün onlara şərait yaradır. Yəni istədiyin vaxtı ailənlə keçirirsən, uşaqları dərsə aparıb onlarla məşğul olursan və s. Yalnız bizdə belə işlər nadir halda tapıntı olar yəqin. Olsa da bununla ailəni dolandıra bilməzsən. Və getdikcə də ailə qayğıları ilə məşğul olan olmur.
Belə bir ifadə əvvəllər çox işlənərdi. “İş problemlərini işdə qoy gəl, ev problemlərini isə evdəⅦ” Artıq bu ifadə də yad olmağa başlayır.
Nəsə, bu bir az praktiki hissə idi, keçim nəzəri hissəyə....:)

İnkişaf etmiş ölkələrin şirkələrində işçilər çox işləməkdən stress altına düşür və çarəni downshifting etməkdə görürlər və edirlər. Böyük Britaniyada işləyən əhalinin 10 % bu addımı atmağa məcbur olur. Bu işdən çıxmaq deyil, amma işini özünə uyğunlaşdırmaq üçün və eyni zamanda necə deyərlər time out götürmək kimi sayılır. (bunları bəzi qaynaqlardan əldə etmişəm)

Psixoloqlar bunu, gəlirin bir hissəsini vaxta sərf etmək kimi göstərirlər. Hansı ki, insanın özünü və uğur əldə etmək üsullarını məyyən etməyə imkan verir. :)

Amma ən yaxşısı researcherimizin dediyi kimi retail therapy’di.:)

İşim çox şükürlər olsun yuxarıda danışdığım kateqoriyaya aid deyil, amma yenə də aradabir digər səbəblərdən pozulan keyfinizin açılması üçün siz də işdə stolunuzun üstünə “funny frog” yazılı oyuncaqvari, rəngli qələmlər qoyun, mənim kimi : D

Hamıya təşəkkürlər və uğurlar........

10 комментариев:

Анонимный комментирует...

xeyirli olsun:)

ishdeki stress daha cox ishin coxlugundan yaranir, eger sene ozunu inkishaf etdirmeye imkan vermirler ve bossun seni ezirse onda orda dayanmaga deymez. Indiki ish bazari cox da reqbetli deyil, ama bir nece ilden sonra mutexessisler arasinda reqabet aciq gorunecek. Ishe duzelerken insan oz bacariqlarini bir nov satir ve duzgun mushteriye satirsa onda geleckde de stressi az olar. Ishi cox sevsen de, kollektiv ela olsa da ama yene de stress qacilmazdi, xususile de cox emotional bir direktorunuz varsa:) you know what i'm talking about :)) retail therapy bir az bahali vasitedi, ama diger vasite ishde 'boguldugunu' gorende 1 saatliq ofisden uzaqlash, get hansisa parkda otur ve ya bulvarda, fikirlerin cemle sonra qayit ofise, onda ishin effekti de yuksek olur. Men bezen ele edirem, ona gore aradabir yoxa cixiram ishden :))

maNIKA комментирует...

çox sag ol, ay Ru, xeyir olar inşallah.
Therapy isə.....
Hələki, stolumun üstündəki "funny frogum" mənə kömək edir... :D xi..xi :)

Orxan Cuvarlı комментирует...

Maraqlı bir şey "danışım" sizə iş sərbəst iş rejimi ilə bağlı.

İndiyə kimi bir neçə reklam agentliyində çalışmışam.
Hər səfərində mənə "Əgər işin yoxdursa, çıxıb gəzərsən, sənə bu hətta lazımdı" və s. kimi maraqlı vədlər verirdilər, amma elə ki, həmin o parkda 15 dəqiqəlik oturmağa getdin haa, bahoo, başlanır, nə başlanır :))
Sən daim ofisdə olmalısan, niyə iş vaxtı ofisdə deyilsən və s. məsələlər. Bu isə məndə diskomfort yaradır. Balam, ya vəd vermə, ya da vədini tut da. Düz demirəm?

Vüsal Qəmbərov комментирует...

İdeal şəraitdə işçi sıxılmamalıdır, ona sərbəstlik verilməlidir, başı şişəndə çıxıb parkda nəfəs almalıdır, günorta yeməkdən sonra yarım saat gəzintiyə çıxmalıdır ki qayıdanda başı stola dəyməsin... yuxulamasın vs.vi.

Amma...

Amma nədir?

1. Bir prinsipim var ki, hierarxiyada yuxarı (əmir) ilə aşağı (məmur) arasında səviyə fərqi olanda problemlərə səbəb olur.

Fərq 1. Əmir daha səviyəlidir və məmura xidmət və şərait təqdim etmək istəyir. Belə olanda məmur bunu anlamır və sui-istifadədən tut, əmirə hörmətsizliyə qədər gedir.
Fərq 2. Məmur daha səviyəlidir. LAyiq olduğu hərəkət sahəsini tapmır, sıxılır və məhsuldarlıq sərgiləmir.

1cidə həll yolu əmirin məmura layiq olduğu şəkildə davranmasıdır. Bəs 2cidə? Bayaqdan ondan danışılır elə :) Həll təklifim sonda:)

2. Bunun vertikal tərəfi olduğu kimi bir də horizontal tərəfi var. Şirkət içərisində eyni pozisiyada olan insanların hamısı eyni yaradıcılıq və dünya görüşünə sahib deyil. Məsələn Orxan çıxıb parkda nəfəs alan kimi onun masa yoldaşı deyinəcək ki, bəs bu necə iş rejimidir?
Dərsə vaxt ayırmağım (2 həftədə 1 gün), foruma daxil olmağım və işə girəndən cəmi ayyarım sonra səfərə göndərilməyim 1 ildir ofisdən başqa bir şey görməyən masa yoldaşımı xeyli qıcıqlandırır.

Bunlar iş mühitinin qanunlarıdır. 1. Diqqətli olmaq, 2. cəsur olmaq lazımdır. Nəticə etibarilə geniş düşünən insan işini itirməkdən qorxmaz. Doğru olanı müəyyən etmək və "go on":)

Yuxarıda dediyim məsələdə həll yollarına gəlincə. Funny frog hər kəsi əyləndirməyə bilər :) Amma bilin ki, o tərz iş mühitlərində hər kəs sıxılır. Və müdirin gözündən yayınıb horizontal integration eləmək olar:) Yəni iş yoldaşlarıyla dərdləşmək. Mənim üsullarım foruma daxil olmaq, iş yoldaşlarıyla zarafatlaşmaq/söhbətləşmək və yazı yazmaqdır. Hərdən bir də SMS:)

maNIKA комментирует...

Orxan, düz deyirsiz...:)
Bilirsiz hansı hallarda elə şərait yaranır, çox guman ki, təcili bir iş çıxır və başlayırlar panika etməyə, filankəs hardadı? niyə yoxdu? vəssalam. Fikərləşən də olmur ki, o filankəs hal-hazırda payına düşəni edir, yeməkdədi filan. Ona görə deyirəm ki, müdir, işçilər bir insan sevgisi ilə bir-birini sevib hörmət etməlidirlər. Elə hallar olur ki, işçini müştərinin yanında biabır edirlər, öz günahlarını yumaq üçün, bu da məni qıcıq edir :(
Keçən dəfə dükanda satıcının səhvi ucbatından işimiz uzanmışdı, müdir də başladı bizim yanımızda satıcının üstünə qışqırmağa, biz də qoymadıq :D Səhv hamıda olur, sadəcə səhvi dərk edib qəbul etmək lazımdır

maNIKA комментирует...

Vüsal, bax onu düz dediz, günorta adamı yuxu aparır...:D

Bəs, biz tutaq ki, onu edə bilərik, bəs Azərbaycanın bir çox iş yerlərində belə ierarxiyalarda qəddar hallar davam edir.
məsələn, mənim köhnə iş yerimdə əlimizdə çay görəndə deyinirdilər. Hərçənd ki, mən o çayı gün ərzində birinci dəfə içirdim...:'(
Belə iş yerlərində vertikal qarışıb horizontala, horizontal da vertikala. Hamı özünü əmir hiss edir...:D
Hətta "mən, bilirsən kiməm?", ifadələri də işlənir... :DDD xi..xi

p.s. əslində "funny frog" məsələsi o qədər də effektiv deyil, düzdü :DDD

Vüsal Qəmbərov комментирует...

Özünü əzdirməyəcəksən. İ syo!

Güclü olmaq lazımdır

Анонимный комментирует...

Vusalin sozune quvvet, ozune deyer vermelisen ve hec kimin senin uzerinde agaliq ederek ishden cixarma tehdidlerine yol vermemelisen. Bacariqli adam ucun ishden cox ish var:) tak cto, never mind ve keep up what you do :)

p.s. deyirem ne yaxshi bizde bele hierarchy zad bilinmir e? :-P

Shared Folders комментирует...

1. time management - gündəlik vaxtını effektiv idarə etməyi bacaracaqsan. mən şəxsən Outlook calendardan istifadə etməyi Amerikada öyrəndim. Səhər işə başlayanda gündəlik vaxt bölümü yoxdursa, o zaman əlbəttə stress də olacaq.
2. əgər 8 saatlıq normal iş günündə belə yarım vəya bir saatlıq istirahətə ehtiyac duyulursa, demək ki, beynimizi düzgün işlətmirik vəya enerjimiz tez qurtarir. bəs onda gündəlik ən az 10-12 saat iş norma olan consulting vəya investment banking-də işləyən nə etməlidirlər?
3. creativ sahədə işləyənlərə sərbəstlik verilməlidir və onlardan nəticə deadline qoyularaq soruşulmalıdır. məsələn bir çox ideyalar adamın beyninə gecə gələbilər. ona görə də onlardan ofisdə hansı saatda gelib getməyi heç soruşmaq lazım deyil. əsas işin vaxtında təhvil verilib verilməməsidir. ancaq məsələn bankda front deskdə işləyən işçi təbii ki, 8 saat öz yerində olmalıdır.

maNIKA комментирует...

Xaricdə hamı 8 saatlıq iş rejimini azaltmaq fikrindədilər, biz isə 10-12 saat işləyirik hələ də.
Axı bu düzgün deyil?!:'( İstirahət olmalıdı məncə...İşin gərgin olma və ya olmamasından aslı olmayaraq.

p.s. Shared, maraqlı komment üçün təşəkkürlər.