пятница, 9 января 2009 г.

Effectual smile :)










Reklamda, logolarda, sloganlarda smaylikər və müxtəlif multyashkalar görmə həvəskarıyam, düzünü desəm :) Məncə bu reklama diqqət çəkməyin ən yaxşı üsullarından biridir. Ən azından gün ərzində o qədər stress olur ki, yolda evə qayıdarkən avtobusların üzərində, billboardlarda (görməmişəm, deyə bilmərəm) uzun sözün qısası müxtəlif outdoor reklamlarında adı "gülüşə" bənzər işarələr, gülməli ifadələr, personajlar adamın könlünə oxşayır.

M.R. researcherlə brainstorming etdikdən sonra logolarında, sloganlarında smaylikdən istifadə edən brandlari, kampaniyaları (paket) aşkarladıq. Danone, World telecom, optimist paketində smile logoda, Qarant sığorta, Vesteldə isə daha çox outdoor reklamlarında istifadə edildiyini görmüşəm.
Əlavə olaraq onu da deyim ki, multashkaların istifadəsi də pis nəticə verməz, misal üçün Simpsonların ən gülməli üzvlərindən birindən - Gamerdən istifadə etmək olardı. O brandin daimi müştərisi olardım, elə olsa idi :)
Bundan əlavə bir çox supermarketlərdə müəyyən personajlardan istifadə edilməsi də uğurludu, yazıya fikir verməsən də personaj insanı cəlb edir.

Gülüşlə branda qarşə bağlılıq yaratmaq effektli addımlardan biridir...

p.s. yeri gəlmişkən deyim, bu gün, 1990-cı ildə "the Simpsons" filminin ilk seriyası çəkilib :)

7 комментариев:

Анонимный комментирует...

Gulushle bir nov adamda positive emotion yaradirlar. Ama bunula da tam loyalliq yaratmaq mumkun olmur. Positive bir bagliliq yarada biler. Amerikanlarin sari smilikleri orda her yerde istifade olunur (yalniz reklam demirem) ve bu dogurdan adamin kefini acir. Menim bir cetirim var idi, sari smayliklerle, yagish yaganda bashini qaldirib guler uzler gorende kefin acilir :) ama en cox smilikli logolardan sevdiyim Danone-dur. Simpsonlarda istifade etmek ucun gerek onun yaradicilarina pul odesinler, ona gore de yeqin bunu etmek isteyen azdir. Homer-den pive reklaminda istifade etmek olardi :)))

Vüsal Qəmbərov комментирует...

Peyğəmbər əfəndimizin (əleyissəlam) təbəssümü bu qədər dəyərli sayması və daim gülümsəməsi boşuna deyil.

maNIKA комментирует...

Çox üzr istəyirəm sizin yazılarınıza gec komment yazıram... :) Başım bir az qatışıq idi.

Gamerdən şirniyyatda da istifadə etmək olardı, multikdə o yeyəndə adam iştahlanırdı...:D

maNIKA комментирует...

Belə hesab etmək olar ki, gülüşdən istifadə edən şırkətlər də savab qazanır...

Vüsal Qəmbərov комментирует...

Allah rızası üçün gülümsəsəydilər elə olardı

Həsənəlizadə Ramin комментирует...

Salam!
Loqolarda təbəssüm təmayülü, hmm, maraqlıdır..
Məncə hansısa şirkətə diqqət cəlb etmək üçün şirkətin loqosu və eləcə də reklamları ilk növbədə qeyri-adi, original, kreativ olmalıdır. Hətta reklamda məncə bu daha vacibdir. Trend-lər (təmayüllər) və originallıq isə bir-birinə uyğun gəlmir bir az. Minlərlə şirkətlər içində seçilmək üçün şirkətin "sifəti" - yəni loqosu, korporativ üslubu, reklam məhsulları original, heç bir digər şirkətin identity-sinə bənzəməyən olmalıdır. Çünki, misal üçün, sizin reklamınızı hansısa digər şirkətin reklamına oxşadırlarsa, siz öz şirkətinizi yox, başqasını reklam edirsiniz.))) Məncə brendin originallığı, nadirliyi, heç nəyə bənzəməməsi insanları özünə çəkir...

Nə isə deyəsən çox uzağa getdim..

Uğurlar!

maNIKA комментирует...

Salam! Xoş gördük sizi....:)

Əslində elə momentlər var, yəni insanlar orijinallıq, nadır, heç nəyə bənzəməyən logolar,sloganlar axtarışında olur. Amma təbəssümü də bu sırada qeyd etsək tam olardı :)) Çünki, insan bəzən elə halda olur ki, ona creative'lik yox, sadəcə təbəssüm və sadəcə xoş bir şey görmək lazım olur... :)))

Fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm...Sizə də ugurlar!