суббота, 21 февраля 2009 г.

Sadəlik gözəllikdi-əla ifadədir...


Təxminən 1 ay öncə "xxx" qəzetində çıxmış 1 məqalə ilə tanış etdi, atam. Maraqlı gəldi mənə....
Məqalənin adı " Adil monarx istər könül " idi. İstərdim o məqaləni burda yazım sizdə baxasınız. Mən başladım....
Mövzu İsveç kralı əlahəzrət 16-cı Karl Qustavın istəklərindəndir.

Bu yaxınlarda cənab Karl Qustavın arvadı Silviyanın 65 yaşının tamam olması münasibətilə qonaqlıq təşkil etmək istəyib, amma Silviya xanım deyib, ehtiyac yoxdur, Karl, elə özümüz olsaq, bəsdir.

Bax belə. O da sadə qadındır. Hələ bu harasıdır ki. İsveçin yol polisləri o boyda kralı zəlil ediblər, hər gün səhərdən səhər gəlib dayanırlar kralın iqamətgahının həndəvəridə, bilirlər ki, kral iştahlı sürücüdür, yola çıxan kimi sürəti artıracaq. Elə ki, cənab Qustav yola düzəlir və qaza basır, yol polisləri onu haqlayıb deyirlər: "əlahəzrət sürəti artırmısan, cərimə verməlisən". Sonra bu işdən televizyonçular, qəzetçilər xəbər tuturlar və kralı yuyub sərirlər.
İki il əvvəl isə mətbuat təzyiq edərək kralın boynuna qoyub ki, özünə varis olaraq oğlu Çarlz-Filipi yox, qızı Viktoriyanı seçsin. O da məcbur qalıb elə edib. Viktoriya isə bir idman müəllimi ilə evlənməyi qərar alıb. Kral və kralıça isə razılaşmağa vadar olublar.
Xülasə, həmən bu İsveç kralı belə sadə kişidir, velosiped sürür, cangüdənsiz gəzir, heç nəzərə də almır ki, vaxtilə İsveçin baş naziri Ulof Palmeni cangüdənsiz gəzərkən güllələyiblər...

bu da krallıq...

8 комментариев:

Unknown комментирует...

ilk defe olaraq refiqem Nigushun blogunda men comment yazim,ozu de birinci:) he deyirem o sade olub olmamaq 80fayiz o celebrity-nin ozunnen asilidi,tebii bashqa buna menee olan sebebler de var, ama hemin insanin ozunun de buna tesiri boyukdur. amma bele baxanda meshhur shexs olanda ne bilmishdilere,onsuz axiri bele olmalidi da, canguden filan. metnde ziddiyetler de var,metbuatin tezyiqi meselesi kimi, kral sadedirse o demek deyil ki, metbuat ona tezyiq ede biler,shexsi sechim deyilen bir shey var.her halda maragli melumat idi, chox sagol Nigush. hazirrash gelen hefte de kinoya gedecik:)

Анонимный комментирует...

ne deyirsen, indi biz de kralliq edek? :)) ama bizde bele sadelik ne gezer :) ama Victoriyanin idman mellimine getmesi maraqli olub ee, bizde bele sheye neinki shazadeni, hec BDU-nun beynelxalq munasibetlerini bitirmish bir qiza da ailesi imkan vermez, hec qiz da getmez :))) camaat ne deyer:)) Ama orda medianin da eline yaxshi qalmaqal materiali dushur :)

Vüsal Qəmbərov комментирует...

Yazıyla bağlı deyə biləcəyim əsas şey təxminən 10 gün-2 həftə öncə yuxumda görməyimdi :)

O ki qaldı yazılanlara...

Yavuz Sultan Səlim ilə qazı arasındakı məşhur dialoqu da bizim dədə-babalarımız yaşayıb.

Bilməyənlərçün burada yazmaq olar.

Amma reallığa və hazırki dövrə baxanda belə gözəlliklərin Skandinaviyadan yayılmağa başlaması qəribə gəlməsə də, acı gəlir. Müsəlman ruhlu avropalılar...

Amma yazının işarə vurduğu məsələdə şərh verməyəcəm. Sadəcə mən də "Ədalətli monarxiya istər könül" deyirəm...

maNIKA комментирует...

He Xata, xoş gəlmisən. Amma diyəsən sən artıq bir dəfə burda komment yazmısan.:D. Ola bilər unutdun, olur.:D.
Sadəlik müdriklikdi...

p.s. Nə filmi?! Yenə keçəndəfəki kimi ayrı film deyib zalı səhv salacaqsınızsa mən getməyəcəm. :))))

maNIKA комментирует...

Ru, məncə edək...
Amma Qustavı bura gətirək :D
olar?! :D

maNIKA комментирует...

Yuxuda görmüsünüz?! :)))) Yuxular reallaşır da... :)))

Sultan Səlimin qazı ilə dialoqunu eşıtmək istərdim. Mümkün olsa, vaxt olsa pls yazın da.

Təbii ki, bu hərəkətlər insani dəyərləri bilən müsəlmana yaraşan hərəkətlər ola bilər.

amma biz avropalaşırıq axı?! :( ona görə də bu gündəyik...:(

Karim Mammadov комментирует...

Acigi bu yazi realligi tam eks eletdirmir. Kas ele olardi... Kral can gudenlerle gezir. Amma can gudenleri milleti ora bura itelemir, sadece xalgin arasina garisarag ortaliqda boslug hissiyatini oyadir. O ki, krala yaxinlasirsan, onda tokulusurler :))) Bu da meselenin gorunmeyen hissesi...

Vüsal Qəmbərov комментирует...

Madam elədir yazaq da:)

Deməli bir gün Sultan bir kəndlinin əlini kəsilməyinə qərar çıxarır. Səbəb vacib deyil:) Əsas odur ki, bir zaman sonra qərarın ədalətsiz olduğu ortaya çıxır.

Məhkəmə təşkil olunur ki, bu məsələyə aydınlıq gəlsin. Kəndli deyir "çörək qazandığım qolumu kəsmisiz, indi diyet (əvəz-əvəz) istəyirəm". Məhkəmə prosesi keçirilir və nəhayət qərara gəlirlər ki, padşahın qolu kəsilsin.

Padşah razı olur.

Belə olanda qazı yanındakı qılıncı çıxardır. Sultana deyir "əgər məhkəmənin qərarına etiraz etsəydin bu qılıncla başını üzəcəydim". Sultansa yanında gətirdiyi qılıncı çıxardıb deyir ki, "əgər məndən qorxub ədalətsiz qərar versəydin başını kəsəcəydim".

Bu yerdə kəndli başa düşür ki, onun ucbatında ölkənin sulatının qolu getmək üzrədi. Deyir ki, qoy qalsım mən bağışladım.

Səhvim varsa üzümə vurmayın:) Bəlkə harasısa yadımdan çıxmış olar:)