понедельник, 6 апреля 2009 г.

"Görmək", "Eşitmək", "Bilmək" istəyirəm


Ənənəyə sadiq qalaraq krizisdən danışmaq istərdim. Bilirəm canınız sıxılıb. Mənim də...Və getdikcə daha da sıxılır :) Smaylik?! Artıq əsəbi gülüşdür bu. İşlər azalıb?- hmm...yox, bu deyil. İş çoxalıb? - yox. Bəs nə? - İş gərginləşib. Ola bilər. Niyə, bunu da bilmirəm.
İsveçə yaşamağa köçən bir tanışımla danışmışdım. Deyir, bizdə vəziyyət qəlizdi. İş-filan tamam durub. Çox güman ki, Azərbaycana dönəcəm işləməyə. Çünki burada işsizlik nəticəsində oğurluq özbaşınalıq artır günü gündən.
Bizi də bu gözləyirmi? Yox narahat olmayın, çünki biz bunu heç düşünmürük də. Hətta sabah gərginlik yaransa da deyərik ki, havadandır yəqin, sabah keçər :)

O gün bizə WPP- nin növbəti "şəxsi" buraxdığı "The wire" qəzetinin növbəti buraxılışını gətirdilər. Demək, hansı səhifəni açırsan aç, hər şey ümumdünya maliyyə böhranı barədədir. İndi deyəcəm nələr, siz də baxın bunu yazmaq yaxşıdır yoxsa həqiqətən də bizdə düşünüldüyü, bizdə qəbul edildiyi kimi qorxuludur? Demək məqalələr:

1) What the recession means for the Chief Marketing Officer

2) Recession update

3) Why we must all do more to embrace digital

4) Downturn will open door's for new sponsors

5) Recession takes its toll

6) A middle - class crisis

7) Recession specialists

8) WPP's last statement about downturn ve s....

Nəyinsə qarşısını almaq üçün maarifləndirmə olmalıdır, çarə yolları bilinməlidir, deyilməlidir, panik etməməyə çağırılmalıdır... Bu sakitlik isə əksinə insanı qorxudur, productivity də itir.

Yaxşı bir ifadə oxumuşdum - Marketing becomes more difficult but not impossible..."Təhlükəyə" arxa çevirmək lazım deyil, gözünün içinə baxmaq lazımdır. Orda hər dərdin dərmanı var...


p.s. Maraqlıdır, yazını Akif İslmazadənin "Alagözlümünə" qulaq asaraq yazdım :)

10 комментариев:

maNIKA комментирует...
Этот комментарий был удален автором.
Анонимный комментирует...

En qorxulusu social krizisin yaranmasidi, onda gerginleshmeye deyer. Indi gerginleshme, hele qarshida agir gunler var :))) belke de bizdeki kimi gizli saxlamalari yaxshidi, cunki bizim xalq cox panikacidi ve social krizisin yaranma riski yuksekdi. Gorek de, Allah kerimdi :)

maNIKA комментирует...

Axı olacaq şeyi niyə gizlədirik? :)
Əksinə indidən hazırlaşardıq, bilərdik neyləmək lazımdır. Məsələn məqalə vardı, Marketing rəhbərliyi üçün onların atmalı gərəkən addımlar haqqında. Şirkəti ayaqda saxlamaq üçün gərəkən addımlar, nəyi necə etmək. Bizim isə ağzımıza skoç yapışdırırlar :D

Vüsal Qəmbərov комментирует...

Azərbaycanda həqiqətən qorxulu bir şey yoxdu. Ona görə də səs küy yoxdu. Tam tərsinə qlobal böhran bizi daha böyük yerli böhrandan xilas elədi.

Böhran deyilən şey əslində bir "ruh"dur, "xəyal"dır. Pulla bağlı böhran olar? O babamıza deyək Obamamıza:) 1-2 trilyon dollar çap eləsin hər şey qaydasına düşəcək.

İsveç niyə çöküb sizcə? ÇÜnkü iqtiasiyat dövr üzərində qurulub. İnsanlar əsasən yazılımdan və avtodan çörək qazanır. Bunlar isə böhran ucbatından əvvəlki kimi pul gətirmir. Amma Azərbaycanda bir kiçik ölkəni ayaqda saxlayacaq qədər nəğd var.

Problem bankların xaricdən maliyələşməsindədi ki, onlar kredit verə bilmirlər və dərinə baxanda görünür ki, səndələyənlər sadəcə kreditlə işləyənlərdir. Qalan bütün durğunlaşma insanların tərəddüdü ilə bağlıdır. Ehtiyatlı davranırlar.

Bir də Azərbaycana Rusiyada gələn krant bağlanıb.

Amma narahat olmayın bura İsveç deyil. Çökmərik :)

Necə deyərlər "Azərbaycan İsveç olur mu?" :)

maNIKA комментирует...

Necə deyərlər - keşke olsa :)))

Rüstəm Məmmədov комментирует...

Əvvəla diqqətimi çəkən oöurluqların artması filan oldu. Həmişə, bizim buralarda olan oöurluqdan, yox bilmirəm İsveçrədə çölə pul tullasan da götürən olmurdan danışılırdı. Deməli, II Dünya müharibəsi illərində olduğu kimi,luğa da əsas səbəblərdən biri elə sosial-iqtisadi problemlərdir.

Az-da bu böhran yoxdur mu? Var əlbəttə. Neft fondu neft gəlirlərini 70 USD hesablamışdı, hazırda 50 USD özərindən gəlir daxil olur. Bu, fondun planladığı 2 milyard dolların təxminən 600 milyon dollar azalması deməkdir ki, bu da infrastruktura ayrılan büdcənin azalması ilə yanaşı, fondların boğazının daralması deməkdir.

Bundan əlavə, nə qədər qapalı iqtisadiyyat olursa olsun, bank sistemi xarici maliyyədən xeyli yararlanırdı və artıq yararlana bilmir. Bu da digər problem.

Digər məsələ, Rusiyada çalışan əhali və onların gətirdiyi pulla baölıdır. Rusiyadakı böhran təsirini biz nəğd valyuta girişinin azlamasından hiss edirik.

+ Vüsalın da dediyi kimi, psixolojik faktor. Böhranın həmişə bu tərəfi var və əgər bir ölkədə pul çatışmazlığı yoxdur və sırf panika varsa, "o ölkədə böhran yoxdur" demək olmaz, böhran digər üzü ilə var.

Tək əmlak və avto sektor deyil, hətta xırdavatçılar da söylənirlər. Mənim kişi alt paltarları satan tanışım bankrot oldu:) Buna nə deyirsiniz?:)

maNIKA комментирует...

Yazılanlardan bir onu deyə bilərəm ki, vəziyyət həqiqətən də ağırdı :)

Önder Yenilmez комментирует...

Salamlar...

Krizisler haqqinda aparilan muzakireler onu gosterir ki, krizin bu qeder boyumesinin sebeblerinden biri de, bu krisizin tebligatinin cox aparilmasidir. "Bir adama 40 defe deli desen, deli olar" kimi bir psixologik tesirdir bu. Esas problem de burdadir, krizis, cox vaxt gozlentilerin neticesinde meydana cixir. Zennimce Roosevelt Great Depression zamaninda deyir: "Esil qorxmali oldugumuz shey, ele qorxunun ozudur". Bu soz, gozlentilerin ehemiyyetine diqqet celb etmek isteyir. Kriz haqqinda danisanda bir de bu noqteyi nezerden yanashmali hadiseye...

maNIKA комментирует...

Önder, bloga xoş gəlmisiniz.
Amma dediklərinizlə tam razı olmayacam ;)
Baxaq, gəmi batarkən sizin bir neçə variantınız ola bilər.

a) "Mən artıq təslim oluram"-deyib göyərtədə uzanıb ölümü gözləyə bilərsiniz.
b) Panik edə bilərsiniz - hansı ki, əksinə ziyan vura bilər və dolayı yolla ölümü tezləşdirə bilər.
c) Siz düşünəcəksiniz - "hmmm acaba belə anlarda mən nə edə bilərəm, mənə nə öyrədiblər, belə hallarda nələr etmək olar və s.

Amma mənə elə gəlir bizdə 3-cü variant ümumiyyətlə mövcud deyil. Biz ya "a" variantını görürürük ya da "b".

Çox təəssüflər....:'(

Ruh-u meyyit комментирует...

Greetings from Turkey.Have a nice day.