суббота, 20 декабря 2008 г.

Özümü çox pis hiss edirəm :'(


hələ də.....
ilham pərim uçub getmişdi, artıq blogumu da çox gec-gec yoxlamağa başlamışdım. "Qonşularımın podyezdlərinə" baş çəkməyə imkan yox, daha dəqiq hal yox idi. Forumda da görsənməz oldum, hələ belə halla rastlaşmamışdım ki, foruma gün ərzində daxil olmayım :( , bu gün işə də gedə bilmədim, hərçənd ki, ilin axırı olduğu üçün işlərimiz çoxalıb və hamısını yerbəyer etmək lazımdı. Mən isə geri düşdüm.


Bir az özüm barədə kiçik 1 şey danışım - Atamın istəyi ilə həyət evinə köçmüşük, artıq 4 il olar, bəli...bəli....Yəni isti yuvadan gəlmişik həyət evinə, naşükürlük etmək istəmirəm, belə olmalıymış, xeyirlisi bu imiş deyim :) Amma gəl ki, burada onsuz da Azərbaycanda mövcud olmayan qanun qaydadan əsər əlamət belə köklü yoxdu. İşıq pulu yığan, qaz pulu yığan, su pulu yığan ay bitməmiş gələrək pullarını alıb gedirlər.
Bizim isə 3-4 gündü qazımız yoxdu, işıq da ki arada olur sönür, əslində olmasa ondan yaxşı olardı. Mən filmlərdə görmüşəm, həbsxanada adamı saxlayırlar və əzab vermək üçün zəif işıq qoyurlar ki, insanın əsəblərindən heç bir şey qalmasın, bizimki buna bənzəyir :) nə isə belə istilik çatışmamazlığı nəticəsində adamın başına nə istəsən gələr, mənim başıma gəldiyi kimi.
Gəlin indi baxaq hansı səbəblərdən, bu qarlı havalar başlayan kimi buna əl atıblar. Deyilənə görə, "kimlərsə" qaz, işıq pulu vermədiyi üçün belə ediblər. Bu nə ədalətsizlik?, bu nə haqsızlıq, insafsızlıqdı? Kimsə ödəmədiyi üçün mən niyə soyuqda qalmalıyam?:(
Üstəlik sonra şayələr yayıldı ki, Azərsuya, elekrik pulu ödənmədiyi üçün - fiziki şəxslər pul ödəmədiyi üçün belə ediblər...
Vətəndaşı belə önəmsəməməyə, mənim heç bir sözüm yoxdu...

Yadımdadır ki, Qafqaz universitetində müəllimlərdən narazılığımız olanda(təbii ki, haqlı narazılığımız və eyni zamanda onu da qeyd edim ki, bu müəllimlər digər unilərdən bizə göndərilmiş müəllimlər idi, təbii ki, Qafqazın öz müəllimlərindən heç zaman narazılığımız olmazdı) danışmanımıza söylərdik, 2-3 gün ərzində həmin müəllimə qarşı tədbirlər görülərdi, yəni demokratiya budur - fikirlərin dinlənməsi, mən isə bilmirəm hara, kimə və necə deyim ki, niyə qazımız yoxdu...
nə isə... xəstələndikdən sonra qazımız gəldi...:(
Ümid edirəm belə reallıqlar kiminsə keyfini pozmadı və mənim bu günkü mənfi auram sizə mane olmadı :D

Özünüzü qoruyun.......

11 комментариев:

Анонимный комментирует...

dehsetdi de bizim olke, soyuq hava olan kimi istilik de olmur. Kefini pozma, duzeler deyerdim ama inanmiram, generator alin eve onda duzeler :) tez sagal gel ishe, burda sencun uje darixmishiq :)

maNIKA комментирует...

:)
Səhərlər də gələndə bütün şəhərin işıqları yanır günortaya kimi, bu da ekonomiya :)

Generator var, o da işləmir :( :D

Vüsal Qəmbərov комментирует...

Bu TNSə kimin gözü dəyib görəsən? :)

Unknown комментирует...

ma Nika, ola bilsin, mueyyen daireler veya Maslow hieraxiyasinda yuxarida olanlar cox insanin ashagilarinda dolashmasini isteyirler. Xalqlari movqelendirsek:
Almanlar - deqiq,punktual, Yahudiler - bic, Ermeniler - yaltaq, Ingilisler - siyasetchi, bes Azerbaycanlilar?
elbettedeki "Dozumlu xalq". bu ele bele olmayib, hamisi bilerekden hazirlanan konsepsiyalardir. ona gore yaxshi olacaq ;)

p's "azersun yoxsa azersu"

mIRI комментирует...

deyirem yaxsiki yazibsan menim siz tereflerden xeberim yox idi...ele bilirdim ancaq biz terefde veziyyet beledir...
amma vallah menim canim qurtardi kocub geldim $ehere...

maNIKA universitete yolun du$se menim o 4 sehifeden ibaret, 6 il qan ter tokub aldigim o diplomu alib getirsen sene menden yaxshi bir hediyye :))

maNIKA комментирует...

Mak, biabır eleme de :D

Azersudu :D

maNIKA комментирует...

Miri, xoş gördük :)
Görmüşdüm ki, Qafqazda yaxşı oxumayanlar ağır günlər keçirsinlər, oxuyanlar barədə eşitməmişdim :D

p.s. Özümünkünü alanda səninkini də mütləq götürəcəm, 1 il də gözlə :D

islam@banking-Qafqaz комментирует...

Su,qaz,ishiq haminin umumi problemidir,biz de qaz az gelir arabir,ishiq Allaha shukur,amma bax suyu bir gunden bir verirler,deyirler ki su pulu borxcunuz var,vermeyenlere gore verenler de qalir susuz amma bu bizim uchun o geder de problem deyil chunki damda 2 tonluq bakimiz var:)evde de 350 litirlik,ve ustelik samovarimiz da var 120 litrlik,sozun qisasi burtun guneshli ve ehmedlinin suyu bizdedir:)INSHALLAX bunlar da duzeler birince defe deyil ki:)

maNIKA комментирует...

Islam, varlığa nə darlıq??!! :D

Orxan Cuvarlı комментирует...

Varlığa nə darlıq yox, aclığa nə daclıq? :)

maNIKA комментирует...

Oooo creative yanaşmalar :D