понедельник, 20 сентября 2010 г.

İnsan psixologiyası mürəkkəbləşir, qavrama çətinləşir, güvən azalır. Bəs alici, sizin məhsula nece loyal qalacaq o zaman?


Mövzu ilə əlaqədar onu deyim ki, təsadüfən ağlıma gəldi. Özümün hansı markalara loyal olduğumu düşündüm. Və niyə loyalam? Nə vaxtsa loyal olduğum məhsula "xəyanət" edə bilərəmmi? Bu suala cavab axtarışında yazı yazmaq qərarına gəldim. Müştəri satıcı münsibətləri və ya alıcı ilə məhsul və onları bir - biri ilə birləşdirən marketing fəndlərinə keçməzdən əvvəl bu münasibətə ayrı tərəfdən yanaşmaq istədim.
Bu münasibətləri insanlar arasında sevgiyə bənzətmək olar. Niyə kimsə kimisi sevərkən ayrılır və ya xəyanət edir? Yəqin ki, bu suala cavab tapan zaman aydın olacaq ki, niyə biz bir və eyni məhsula loyal qala bilmirik. Əksinə bəzilərimiz – aramızda "vəfalı" olan insanlar məhsula loyal qalır. Məhz buna belə də baxmaq olar - mən hətta bəzi insanlar tanıyıram, eyni, sevdiyi bağlı olduğu marka dükanda olmadığı zaman rəqib markanı almır? Niyə? :) Məsələn, mən cola-nı sevirəm. Nə qədər də zərərli oluğunu bilsəm də sevirəm. Sevən könül kor olar, deyirlər, razılaşıram :) Colani dükanda görmədiyim zaman Pepsi almıram. Yenə niyə? :)Fərdlər arasında psixoloji fərqlilikdən. Niyə biz bir ömür həyat yoldaşımıza bağlı oluruq? Bəzilərimiz isə 2-3 ildən sonra bezib boşanırıq. Niyə?
1) Marka müxtəlifliyi, çoxluluğu, fərqliliyi – ( bu fərqli xüsusiyytlərdən asılı ola bilər- bunlar – qablaşdırmanın cəzbedici olmağı, dadı, qiyməti, asan əldə edilməsi və s.). Bunu eyni zamanda yenilik ehtiyaci da adlandırmaq olar.
2) Just for fun... Bu barədə heç nə demiyəcəm, çünki təsəvvür edə biləcəyim ən mənasız addım adlandırardım. Markanı tanımadan, sadəcə “все побежали и я побежал” prinsipi ilə hərəkət edən insanlar. Qeyd edim ki, bu tip insanlar marketologlarin xüsusilə marketing araşdırmacılarının “düşməni” sayıla bilər :)) Az rastlaşmamışam...
- Niyə məhz bu marka? sualına dərin düşündükdən sonra
- bilmirəm – cavabi :))
Sürətlə sonu xaotik istiqamətdə inkişaf edən cəmiyyətdə marketinq işçilərinin işi bir az çətinləşə bilər, məncə. Günü gündən “nə istəyirəm? Axı niyə istəyirəm?” suallarına cavab tapmayan insanlar artır. Əvvəllər olduğu kimi hər şey saf və sadə deyil. Artıq insanlar - alıcılar sizin - "ən yüksək keyfiyyətli məhsul, ən ucuz qiymətlər təqdim edirsiniz" fikirlərinizi sadəcə ignore edəcəklər.
Burada işlər qəlizləşir, çünki bir anlıq da olsa alıcının diqqətini alsanız da o andan ən yüksək şəkildə faydalanmalısınız. Bu bir növ mənə qədim dövrləri xatırlatdı. Romada vəhşi, ac kütlənin qarşısına həmişə bir insan çixarılırdı və o insan bu vəhşi kütlənin diqqətini cəlb edərək, imperatorun son rəylərini, fəaliyyətini, fərmanlarını kütləyə çatdırırdı. Uzun sözün qısası, ehtiyyatlı olun ki, sizi yumurta, pomidor atəşinə və ya daş-qalaq etməsinlər qədimdəki kimi :)
Çalışın ki, bu acımasız marketing müharibəsində “həyat yoldaşlarının bir- birinə güvəni itdiyi” timsalda alıcınin da sizə güvəni itməsin. Sizə “vəfali həyat yoldaşı tapmaq”- müştəri tapmaq arzusu ilə ;)

maNİKA

Комментариев нет: