среда, 20 июля 2011 г.

Agressiv reklam gəlir gətirir, yoxsa imicimizi aparir?


İmic sözünü hər dəfə işlədəndə dərhal sprite – in slogani yadıma düşür – "imic ne chto jajda vse" - qarın mənlikdən irəlidir - deməkdir :) bizə bunu yeritdilər... yeridirlər...yeridəcəklər...

Həqiqətən də bir şirkət olaraq türklər demiş biz neyin peşindeyiz? Şöhrətpərəstliyin? Acgözlüyün? Daha çox gəlir əldə etməyin yoxsa stabil şəkildə gəlir qazanaraq hörmətcil şirkətlər sırasında olmağın?
Dünən maraqlı bir ifade eshitdim – İnsanlar başqalarının bədbəxt xəbərlərini eşitmək üçün yaşayırlar və ya bunun gözləntisindədirlər hər an. Yeqin buna görədir ki, yolda gedərkən hər hansı bir maşının qəza törətdiyi zaman dərhal maşının ətrafında insanların toplaşaraq köməklik göstərməsi yox sadəcə haha - hihi üçün tamaşa etmələrinin şahidi oluruq. Biz niye beləyik maraqlıdır? Allah bizi insanmi olaraq yaratdı yoxsa biz insandan savayı başqa bir şey olmaq üçün hər gün inadla çalışdıq? Nəysə sözümün cani bu da deyil. Bu sadece bir giriş idi..

Aqressiv reklamlar barədə...

Global miqyasda şirkətlərə nezer salanda dəfələrlə müxtəlif brandlarin bir - birini məhkəməyə verərək gəlir əldə etmələri konpensassiya əldə etmələri ilə dolanadiqlarini görürük. Eslində dolanmaqdan elavə digər teref bundan sui -istifade ederek süni bir sehne yaradır... Buna sadece kichik bir misal olaraq, Hyundain keçən il Toyota sehv etmiremse tehlukesizlik kemerlerinde problem chixmasi ile elaqeli mashinlarini geri çağırmasından faydalanması oldu. Hyundai bundan istifadə edərək belə bir slogan altında reklam konsepsiya yaratdı ve slogan olaraq – "biz ototmobillerimizi chagirmiyoruz otomobillerimiz sizi chagiriyor" oldu

http://www.medyaloji.net/haber/hyundai_den_agresif_bir_reklam.htm

Bununla da Korea istehsallı mashin keyfiyyetinin Yapon mashinindan üstün olduğunu bildirdi.

Aşağidaki rolikdə global məkanda böyük avtomobil brendlerinin bir-birinə qarşi atdıqları hücumları ve bu hücumlar neticesinde mehkemlerde odedikleri konpensasiya ve eyni zamanda gelirlerinin defelerle artdiqlarinin shahidi ola bilersiniz.

http://www.youtube.com/watch?v=IBuX_6qF1PE&feature=related


Ne qədər də gülünc olsa da həqiqətən də belə addımlar nəticəsində təhqirlər, alçaltmalar, söz atmalar, aqresiyyalar nəticəsinde bunu edən şirkət satişını və neticədə gəlirini dəfələrlə artırır. Auditoriya bunu tələb edir. Sakit mədəni həyat 70-ci illərdə qaldı. Siz belə növ reklamları və belə növ həyat tərzinə “yox” deyirsinizsə, təbrik edirəm sizi, siz dəbdə deyilsiniz, küncdə qalib tozlanırsınız, ümid edirəm nə vaxtsa kimsə gəlib üzərinizdən o qalın toz təbəqəsini “fuf” edərək üfürəcək : )

maNİKA

Комментариев нет: